AFFA "Mançester Yunayted"in əfsanəsini milliyə gətirir

Futbol üzrə Azərbaycan millisinin baş məşqçi postuna namizədlərdən daha biri bəlli olub. 

Newspress.az xəbər verir ki, bu, İngiltərənin "Mançester Yunayted" klubunun əfsanəvi futbolçularından hesab olunan Roy Kindir. 

Nəşr bildirib ki, 49 yaşlı mütəxəssisə təklif edilən şərtlər cəlbedicidir və irlandiyalı baş məşqçi bunu qəbul edə bilər. Roy Kin növbəti 48 saat ərzində qərarını verməlidir.

AFFA-ya yaxın mənbə nəşrə təsdiqləyib ki, Kin assosiasiyanın ən yaxşı seçimidir, lakin tezlikdə mütəxəssisdən cavab gözlənilir. 




Tarix: 2020-06-30 09:19:20 Oxunub: 97 dəfə

SON XƏBƏRLƏR

ƏN ÇOX OXUNANLAR

Səsvermə



REKLAMLAR