Avtomobili etibarnamə ilə idarə edənlər cərimə olunacaqlar? - AÇIQLAMA

SMS icazə əsasında şəxsi avtomobilində iki saatlıq çıxa bilən şəxs maşınını icazə portalında qeydiyyatdan keçirməyə heç bir ehtiyac yoxdur.

Newspress.az xəbər verir ki, bu barədə nəqliyyat eksperti Elməddin Muradlı Report-a açıqlama verib. 

O avtomobil etibarnamə ilə idarə edənlərin məsələsinə də toxunub. Ekspert deyib ki, hər bir şəxsin avtomobili idarə etməsi üçün hüquqi bir sənədi olmalıdır:

“Avtomobili idarə edən şəxsin adına ya qeydiyyat şəhadətnaməsi, ya da etibarnamə olur. Mülki və yaxud baş etibarnamə. Bu ikisindən biri yoxdursa, bunu hətta yol polisi də küçədə aşkarlasa, etibarnamə olmadan nəqliyyat vasitəsini idarə etməyə görə inzibati məsuliyyət nəzərdə tutulur, yəni cərimə tətbiq olunacaq. Lakin kimsə başqasının maşınını idarə edirsə, onu sistem necə müəyyənləşdirəcəksə, bunun tam təfərrüatı hələ bu gün də məlum deyil. Daxili İşlər Nazirliyi qeyd edir ki, kameralar vasitəsi ilə cərimələr tətbiq ediləcək. Kameralar vasitəsi ilə cərimələrin tətbiq edilməsi bugünkü gündə dünyanın tək-tük ölkələrində var. Hələ o da müəmmalı qalır ki, necə tətbiq edilə bilər? Sürücülərin əksəriyyəti arxa və yan şüşələrə plyonka vurur. Arxa oturacaqda da sərnişinləri əyləşdirib, daşıyır. Heç kəs də onu görmür, saxlamır. Kamera da bunu çəkə bilməz. İndi sükan arxasında olan sürücünün icazəsinin olub-olmaması məsələsinə baxılır. Deyək ki, sistemə vurulur, kamera maşının nömrəsini oxuyur. Sistemdə də göstərilir ki, bu maşın kimə məxsusdur. Həmin şəxsin adı da sistemdə dərhal çıxır ki, 2 saat ərzində icazə alıb, ya almayıb. Və yaxud da iş icazəsi var, ya yoxdur. Bunların heç biri yoxdursa, avtomatik həmin maşının hərəkəti ilə bağlı neçə etibarnamənin olduğuna baxılır. Məsələn, avtomobil bir nəfərin adınadırsa, onun da icazəsi yoxdursa, həmin maşın da küçədə hərəkət edirsə, onda həmin şəxsə dərhal protokol tərtib edilə bilər. Barəsində protokol tərtib edilən şəxs iddia edə bilər ki, həmin vaxt maşını qardaşı idarə edirdi. Bu zaman da həmin protokol həmin şəxsin özünə yox, qardaşına yönləndirilə bilər. Bu, qanunda da var. Lakin qardaşı da onu təsdiqləməlidir. Bu təxminən adi yol hərəkəti qaydaları pozulması zamanı üzə çıxan məsələlər kimidir".




Tarix: 2020-07-03 10:59:36 Oxunub: 853 dəfə

SON XƏBƏRLƏR

ƏN ÇOX OXUNANLAR

Sorğu



REKLAMLAR