Taksidə gedənlər bu halda cərimələnəcək - Hərəkət icazəsi olsa belə

Taksidə sürücü və sərnişinlər qoruyucu maskalardan mütləq istifadə etməlidirlər. Əgər hər hansısa taksidə sürücü və sərnişində maska olmasa, həmin şəxs məsuliyyətə cəlb ediləcək. Sürücü və sərnişinin hərəkət etməyə icazəsi olsa da, maskasızdırsa, o cərimələnəcək.

Newspress.az xəbər verir ki, bunu Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev deyib.

O bildirib ki, fəaliyyət göstərən taksilərdə mütləq şəffaf arakəsmələr olmalıdır:

"Bəzi sürücülər yalnız iki qarşı oturacağın arasına sellofan çəkmələ işlərini bitmiş hesab edir. Amma bu belə olmamalıdır. Sürücü ilə sərnişinlər arasında tam şəffaf arakəsmələr olmalıdır".




Tarix: 2020-07-04 15:15:49 Oxunub: 309 dəfə

SON XƏBƏRLƏR

ƏN ÇOX OXUNANLAR

Səsvermə



REKLAMLAR