Ailə münaqişəsi qanla bitdi - Arvadını öldürdü, qızını yaraladı

Naftalanda ər bıçaqla arvadını öldürüb, qızını isə ağır yaralayıb. 

Newspress.az xəbər verir ki, hadisə axşam Naftalan şəhərində baş verib. 

Ailə münaqişəsi zəminində ər 1979-cu il təvəllüdlü həyat yoldaşı Elmira Elm qızı Verdiyevanı və 2002-ci il təvəllüdlü qızı Həsənova Aysunu bıçaqlayıb. 

Hər iki yaralı xəstəxanaya aparılsa da, Elmira Verdiyeva aldığı xəsarətdən ölüb. A.Həsənova reanimasiyaya yerləşdirilib. 

Faktla bağlı şəhər prokurorluğunda cinayət işi başlanıb




Tarix: 2020-07-05 09:21:26 Oxunub: 190 dəfə

SON XƏBƏRLƏR

ƏN ÇOX OXUNANLAR

Səsvermə



REKLAMLAR