Zidanın qərarı Beylin yatmasına səbəb oldu - FOTO

 

"Real"ın futbolçusu Qaret Beyl La Liqanın 35-ci turunda  "Alaves"ə 2:0 hesabı ilə qalib gəldikləri matçda etdiyi hərəkəti ilə diqqət çəkib.

Newspress.az xəbər verir ki, oyuna ehtiyatda başlayan uelsli hücumçunu baş məşqçi Zinəddin Zidan 90-cı dəqiqədə 5-ci oyunçu dəyişikliyində də meydana buraxmayıb. Brahim Diasa şans verilməsindən sonra əsəbiləşən və kinayə ilə gülümsəyən 31 yaşlı futbolçu görüşün qalan hissəsini izləmək istəməyib. O, tribunada maskası ilə gözlərini bağlayaraq yatıb.




Tarix: 2020-07-11 18:35:12 Oxunub: 688 dəfə

SON XƏBƏRLƏR

ƏN ÇOX OXUNANLAR

Sorğu



REKLAMLAR