Lavrov Çavuşoğlu ilə Tovuz döyüşlərini müzakirə etdi

Rusiyanın xarici işlər naziri Sergey Lavrov və Türkiyənin xarici işlər naziri Mevlüt Çavuşoğlu arasında telefon danışığı olub. Newspress.az-ın məlumatına görə, bu barədə Rusiyanın Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən bildiriblər.

Məlumata əsasən, tərəflər Azərbaycan və Ermənistan sərhədində baş verən hadisələri müzakirə ediblər.

Telefon danışığı zamanı Moskva ilə Ankara arasında regiondakı sabitliyin qorunması istiqamətində əməkdaşlığın inkişaf etdirilməsi razılaşdırılıb.




Tarix: 2020-07-24 15:48:31 Oxunub: 736 dəfə

SON XƏBƏRLƏR

ƏN ÇOX OXUNANLAR

Sorğu



REKLAMLAR