Xaricdə nə qədər azərbaycanlı yaşayır? - SİYAHI

Azərbaycanlıların ən çox yaşadığı ölkə təbii ki, İrandır. Rəsmi olaraq buradakı soydaşlarımızın sayı açıqlanmasa da, ölkə əhalisinin 48%-nin azərbaycan türklərindən ibarət olduğu bildirilir. Buna əsasən də İrandakı azərbaycanlıların sayının 35 milyon civarında olması iddia etmək olar.

Newspress.az xəbər verir ki, ilk 3-lükdə yer alan digər ölkələr - qardaş Türkiyə və şimal qonşumuz Rusiyadır. Diasporla iş üzrə Dövlət Komitəsinin məlumatına görə, hazırda Türkiyədə 4,5 milyon nəfər azərbaycanlı yaşayır.

Rusiyada məskunlaşan və işləyən həmyerlilərimizin sayını isə dəqiq müəyyən etmək çətindir. Amma saylarının heç də az olmadığı bəllidir. Rəsmi rəqəmlər olmasa da bu sayın 2 milyon civarında olması təxmin edilir. 

Xaricdəki azərbaycanlıların ən çox məskunlaşdığı 4-cü ölkə ABŞ-dır. Birləşmiş Ştatlardakı soydaşlarımızn sayı 789 min 654 nəfər göstərilir. Diasorlar iş üzrə Dövlət Komitəsinin məlumatına görə, qonşu Gürcüstanda 600 min, Ukraynada 500 min nəfər soydaşımız məskunlaşıb. Siyahımızın 7-ci pilləsində Almaniya qərarlaşıb. Burada 200 min həmyerlimizin yaşadığı bilidirilir. 

Keçmiş sovet ölkələri - Qazaxıstanda 90 min, Özbəkistanda 68 min azərbaycanlı var.

Azərbaycanıların ən çox yaşadığı digər ölkələr Avropadadır. 10-cu pillədəki Fransada 70 min, İsveçdə 30 min, Niderlandda 25 min nəfər soydaşımız yaşamaqdadır. 




Tarix: 2020-07-26 00:24:37 Oxunub: 148 dəfə

SON XƏBƏRLƏR

ƏN ÇOX OXUNANLAR

Səsvermə



REKLAMLAR