"Qarabağ"ın Çempionlar Liqasında 15 potensial rəqibi bəlli olub

Ardıcıl 7-ci dəfə ölkəmizi  Çempionlar Liqasında təmsil edəcək “Qarabağ”ın 1-ci təsnifat mərhələsindəki bütün potensial rəqibləri müəyyənləşib.

Newspress.az xəbər verir ki, aktivində 21 min xalı olan Qurban Qurbanovun komandası səpələnmişlər səbətində olacaq ki, bu da nisbətən zəif rəqiblərin düşəcəyi deməkdir.

1-ci təsnifat mərhələsinin səpələnmişlər səbətində  “Qarabağ”la yanaşı, Seltik” (Şotlandiya), “Astana” (Qazaxıstan), “Ludoqorets” (Bolqarıstan), “Srvena Zvezda” (Serbiya), “Legiya” (Polşa), “Makkabi” (Tel-Əviv, İsrail), “Molde” (Norveç), “Şerif” (Moldova), “Ferensvaroş” (Macarıstan), “Dandolk” (Şimali İrlandiya), “Slovan” (Bratislava, Slovakiya), “Suduva” (Litva), “Omoniya” (Kipr), Rumıniya çempionu, “Sarayevo” (Bosniya və Herseqovina), “Dinamo” (Tbilisi, Gürcüstan) olacaq.

Səpələnməmişlər səbətində isə "Qarabağ"ın potensial rəqibləri - “Fola” (Lüksemburq), “Yurqorden” (İsveç), “Buduçnost” (Monteneqro), “Flora” (Tallin, Estoniya), “Dinamo” (Brest, Belarus), “Riqa” (Latviya), “Konnahs Kuey” (Uels), “Europa” (Cəbəllütariq), “Klaksvik” (Farer adaları), “Reykyavik” (İslandiya), “Tirana” (Albaniya), "Ararat" (Ermənistan), “KuPS” (Finlandiya), “Sileks” (Şimali Makedoniya), “Floriana” (Malta), "Çelye" (Sloveniya) yer alıb.

Beləliklə, "Qarabağ"ın ölkə çempionu olan 15 potensial rəqibinin hamısı bəllidir. “Linfild” (Şimali İrlandiya) və “Tre Fiore” (San-Marino) isə ilkin mərhələnin qalibi kimi səpələnməmişlərdən olmağa 4 iddiaçıdan biridir. Bu oyunlar 8-11 avqustda keçiriləcək. Çempionlar Liqasının 1-ci təsnifat mərhələsinin püşkü isə avqustun 9-da atılacaq.




Tarix: 2020-07-29 22:35:43 Oxunub: 46 dəfə

SON XƏBƏRLƏR

ƏN ÇOX OXUNANLAR

Səsvermə



REKLAMLAR