Qonşular arasında münaqişə qanla bitdi - İki nəfər güllələndi

Masallı rayonunda qonşular arasında güllələnmə hadisəsi baş verib.

Newspress.az xəbər verir ki, hadisə rayonun Əhmədli kəndində qeydə alınıb.

Kənd sakini, 1966-cı il təvəllüdlü Hafiz Cəfərov qonşuları - 1989-cu il təvəllüdlü Vüqar İsmayılov və onun atası, 1960-cı il təvəllüdlü Valeh Məmmədrəsul oğlu İsmayılova ov tüfəngindən 2 güllə atıb. Yaralılar Lənkəran Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Biri qol, digəri isə diz nahiyəsindən yaralanan ata və oğulun vəziyyəti orta-ağırdır. Ailə münaqişəsi zəminində baş verən hadisəni törədən H.Cəfərov Masallı RPŞ-nin əməkdaşları tərəfindən saxlanılıb.




Tarix: 2020-07-29 23:49:37 Oxunub: 613 dəfə

SON XƏBƏRLƏR

ƏN ÇOX OXUNANLAR

Sorğu



REKLAMLAR