Azərbaycanda koronavirusla bağlı sevindirici durum - RƏSMİ

"Azərbaycanda həm ölüm hallarında, həm də yoluxma hallarının sayında azalma var. Əvvəlki iki həftə ilə müqayisədə yoluxma sayı azalıb. O cümlədən sağalanların sayı artıb".

Newspress.az Baku.ws-ə istinadən xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin şöbə müdiri Nabil Seyidov bildirib.

İSİM-in şöbə müdiri əlavə edib ki, hazırkı durum sağalanlarla yoluxanlar arasındakı fərqi əldə etməyə imkan verib: "Bu, o deməkdir ki, bizim tibb müəssisələrində çarpayılar boşalır, artıq əl çatandır. Kimsə xəstələnərsə, onlar üçün çarpayı var, mövcuddur və daha çoxdur. Bundan əlavə modul tipli xəstəxanalar da çarpayı fonduna xeyli artım təmin edib.

Hazırda səhiyyə sistemi bu tendensiya davam edərsə, xəstələri çarpayı fondu, müalicə və müayinə ilə təmin etmək iqtidarındadır. Yumşaldılmadan sonra artım müşahidə edilməsinə baxmayaraq, Azərbaycanda artıq ikinci dəfə infeksiya tam nəzarətə götürülüb".

Qeyd edək ki, Azərbaycan ərazisində indiyə qədər 31 221 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 24 495 nəfər müalicə olunaraq sağalıb, 438 nəfər vəfat edib, 6 288 aktiv xəstənin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.




Tarix: 2020-07-30 11:07:17 Oxunub: 101 dəfə

SON XƏBƏRLƏR

ƏN ÇOX OXUNANLAR

Səsvermə



REKLAMLAR