Dünyada koronavirusa yoluxanların sayı 17 milyonu ötüb

Dünyada yeni növ koronavirusa (COVID-19) yoluxanların sayı 17 milyonu keçib.

Newspress.az xəbər verir ki, bu barədə ABŞ-ın Cons Hopkins Universitetinin hesablamalarında bildirilir.  

Universitetin məlumatında yoluxanların sayının 17 029 206 nəfərə çatdığı açıqlanıb. İndiyədək koronavirusdan 667 011 nəfər vəfat edib, 9 948 163 nəfər sağalıb.

Ən yüksək yoluxma ABŞ-da qeydə alınıb - 4 426 982 nəfər. ABŞ-da infeksiyadan ölənlərin sayı 150 713, sağalanların sayı 1 389 425 nəfərdir.

Yoluxma səviyyəsinə görə ikinci yerdə Braziliya gəlir - 2 552 265 nəfər. Braziliyada COVID-19-dan 90 134 nəfər vəfat edib, 1 922 802 nəfər sağalıb.

Üçüncü yerdə isə 1 581 963 yoluxma sayı ilə Hindistandır. Hindistanda koronavirusa yoluxanlardan 34 955 nəfəri vəfat edib, 1 019 735 nəfər sağalıb. 




Tarix: 2020-07-30 11:23:26 Oxunub: 42 dəfə

SON XƏBƏRLƏR

ƏN ÇOX OXUNANLAR

Səsvermə



REKLAMLAR