İcra nümayəndəsinin qardaşı yanğında ölüb

Bu gün Siyəzən rayonunun Sədan kəndi ərazisində başlayan yanğın zamanı xəsarət alan iki nəfər ölüb. 

Newspress.az xəbər verir ki,  ağır yanıq xəsarətləri alan kənd sakinləri 1970-ci il təvəllüdlü Zeynalov Cahangir Əhmədşad oğlu və 1956-cı il təvəllüdlü Qanbayev Nizami Əli oğlu paytaxtda yerləşən tibb müəssisələrindən birinə çatdırılsa da, onların həyatını xilas etmək mümkün olmayıb.  

C. Zeynalov rayon İcra Hakimiyyətinin Sədan kəndi üzrə icra nümayəndəsinin qardaşıdır.

Qeyd olunub ki, yanğınla mübarizəyə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri, Aviasiya dəstəsinin 2 ədəd helikopteri, Şimal Regional Mərkəzinin xilasetmə qüvvələri, həmçinin Siyəzən Rayon İcra Hakimiyyətinin müvafiq qüvvələri cəlb olunub




Tarix: 2020-07-31 20:06:26 Oxunub: 705 dəfə

SON XƏBƏRLƏR

ƏN ÇOX OXUNANLAR

Sorğu



REKLAMLAR