Trampın neçə milyon kredit borcu var? - İllik maliyyə hesabatı yayımlanıb

ABŞ Prezidentinin Maliyyə Məsələləri üzrə Dövlət etikası ofisi Donald Trampın illik maliyyə hesabatını yayımlayıb.

Newspress.az xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.

78 səhifəlik hesabatda Trampın gəlirləri və kreditləri barədə məlumatlar yer alıb. D.Tramp Floridadakı Mar-a-Laqo kurortundan 21,4 milyon dollar qazanıb. Onun Ağ Evin yaxınlığındakı hotelinin gəliri isə 2019-cu ildə bir il əvvəlki 40,8 milyon dollardan 40,5 milyon dollara enib.

ABŞ prezidenti Beverli-Hillzdəki malikanənin satışından 13.5 milyon dollar gəlir əldə edib. Onun gəlirlərinin böyük hissəsi dünyadakı daşınmaz əmlakından gəlib. D.Tramp, həmçinin, “Müqavilə bağlamaq sənəti” kitabına görə 100 min dollar həcmində qonorar, 86,5 min dollar həcmində isə pensiya alıb.

Prezidentin həmçinin 14 krediti olub. Onlardan beşinin məbləği 50 milyon dollardan çoxdur.




Tarix: 2020-08-01 11:46:10 Oxunub: 52 dəfə

SON XƏBƏRLƏR

ƏN ÇOX OXUNANLAR

Səsvermə



REKLAMLAR