Böyük fəlakət gözlənilir - İsrail mediasının açıqlaması

Mütəxəssislərin fikrincə, əgər bəşəriyyət heç bir tədbir görməsə, 2100-cü ilə qədər qurunun böyük bir hissəsi suyun altında qalacaq. Xüsusilə, sahil ərazilərinin təxminən 50 faizi su altında qalacaq.

Vəziyyətin təhlilinə əsasən ərazilərin su altında qalma riski ilk növbədə dəniz səviyyəsindən 10 metr yüksəklikdə yerləşən bölgələri təhdid edir. Ən pis halda təxminən 287 milyon insan və ya dünyanın ümumi əhalisinin 4 faizi sahilyanı daşqınlardan zərər görə bilər. Pul ekvivalenti ilə götürülsə, fəlakətin dünyanın ümumi daxili məhsulunun 20 faizini təşkil edən 14 trilyon dollarlıq ziyana səbəb olması mümkündür.

Dəniz səviyyəsinin yüksəlməsindən gələn qlobal təhlükə  getdikcə çoxalan qabarmalar, dalğalar və fırtınalar səbəbindən artır.

Orta dəniz səviyyəsinin nisbətən yavaş artmasına baxmayaraq elm adamları təbii fəlakətlərdə bir təhlükə görürlər. 

Melburn Universitetindən (Avstraliya) Ebru Kirezçinin sözlərinə görə, zaman keçdikcə qabarma, daşqın və digər təbii elementlərin dağıdıcı gücü artır.

Mütəxəssislər 2100-cü ilə qədər suyun altında qala biləcək ərazilərin  bir xəritəsini modelləşdirə biliblər. ABŞ-da Şimali Karolina, Virciniya və Merilend ştatlarının əraziləri qismən su altında qalacaq, Asiyada - Çin, Banqladeş, Hindistanın bəzi bölgələri, Okeaniya - Avstraliyanın şimal hissəsi. Avropada, Almaniyanın və Fransanın şimalı əhəmiyyətli dərəcədə zərər görəcək.

Qlobal subasmanın əsas qurbanı isə Böyük Britaniya adlandırılıb.




Tarix: 2020-08-04 13:44:11 Oxunub: 835 dəfə

SON XƏBƏRLƏR

ƏN ÇOX OXUNANLAR

Sorğu



REKLAMLAR