Toyların keçirilməsi ilə bağlı qərar - AÇIQLAMA

Sentyabr ayının 1-dən etibarən Azərbaycanda toy məclislərinin təşkilinə icazə verilə bilər. Bu isə ölkə üzrə koronavirusa yoluxanların sayından asılı olacaq. Yoluxmalarda kəskin azalma olacağı təqdirdə müəyyən qaydalara əməl edilməklə şənliklər baş tuta bilər.

Mövzu ilə bağlı Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov bildirib ki, ölkə ərazisində sərt karantin rejimi avqustun 31-nə kimi uzadılıb:

"Hazırda toyların və yasların keçirilməsinə qoyulan qadağa davam edir. Sentyabrın 1-dən sonra toyların keçiriləcəyinə icazə veriləcəyi ilə bağlı yayılan məlumatlardan xəbərsizəm. Hələlik bu barədə heç bir qərar yoxdur".




Tarix: 2020-08-04 17:41:57 Oxunub: 596 dəfə

SON XƏBƏRLƏR

ƏN ÇOX OXUNANLAR

Sorğu



REKLAMLAR