"Barselona" rəhbərliyi Messiyə yeni qiymət qoyub

"Barselona" rəhbərliyi  futbolçusu Lionel Messini komandada saxlamağı mümkünsüz hesab edir.

Newspress.az xəbər verir ki, buna görə klub argentinalı hücumçunu satmaq variantını nəzərdən keçirir. Bildirilib ki, Kataloniya təmsilçisi 33 yaşlı oyunçu üçün müqaviləsində yazılan 700 milyon avro təzminat tələb etməyəcək. Lakin klub futbol tarixinin ən bahalı transferinin reallaşması üçün Messini ən azı 223 milyon avroya satmağa hazırdır.

Qeyd olunub ki, klub Messinin təktərəfli qaydada müqaviləni ləğv edə bilməyəcəyinə əmindir. Beləliklə, o, ya satılacaq, ya da 2021-ci ilin yayında başa çatacaq müqaviləsinin sonuna qədər komandada qalacaq.

Xatırladaq ki, futbol tarixinin hazırda ən bahalı transferi 2017-ci ildə "Barselona"dan PSJ-yə transfer olunan Neymardır - 222 milyon avro.




Tarix: 2020-08-27 11:15:21 Oxunub: 607 dəfə

SON XƏBƏRLƏR

ƏN ÇOX OXUNANLAR

Sorğu



REKLAMLAR