"Neftçi" növbəti mərhələdə - "Sumqayıt" və "Keşlə" mübarizəni dayandırdı

Avropa Liqasında 1-ci təsnifat mərhələsinin oyunları keçirlir.

Newspress.az xəbər verir ki, bu gün təmsilçimiz "Neftçi" də mübarizəyə qoşulub. "Ağ-qaralar" Bakıda Şimali Makedoniyanın “Şkupi” klubu ilə üz-üzə gəlib. Görüş "Neftçi"nin qələbəi ilə yekunlaşıb - 2:1.

Mərhələ bir oyundan ibarət olduğundan "Neftçi" 2-ci raunda yüksəlib.

“Neftçi” (Azərbaycan) – “Şkupi” (Şimali Makedoniya) -  2:1 
Qol: Buqrin, 66 (1:0), Anton Krivotsyuk, 89 (2:0), Darboe, 90+3 (2:1)
Qırmızı vərəqə: Omar Qudiabi, 70 ("Şkupi")

Təmsilçilərimizdən "Keşlə" də ilk oyununa çıxıb. Yunis Hüseynovun rəhbərlik etdiyi komanda Bakıda Albaniyanın "Laçi" klubunu qəbul edib. Matçın əsas və əlavə vaxtında hesab açılmadığı üçün qalib penaltilər seriyasında müəyyənləşib. Burada daha dəqiq olan "Laçi" (5:4) növbəti mərhələyə yüksəlib, "Keşlə" isə turnirdə mübarizəni dayandırıb.

Ilk dəfə turnirdə ölkəmizi təmsil edən "Sumqayıt" da meydana çıxıb.

Ayxan Abbasovun komandası debüt matçında Şimali Makedoniyanın "Şkendiya" klubu ilə üz-üzə gəlib. Görüş qonaqların 2:0 hesablı qələbəsi ilə başa çatıb. Mərhələ bir oyundan ibarət olduğundan "Şkendiya" 2-ci raunda yüksəlib




Tarix: 2020-08-28 09:37:32 Oxunub: 656 dəfə

SON XƏBƏRLƏR

ƏN ÇOX OXUNANLAR

Sorğu



REKLAMLAR