"Barselona"nın prezidenti Messi ilə görüşməkdən imtina edib

“Barselona”nın prezidenti Xosep Bartomeu kapitan Lionel Messinin komandanı tərk etməsi üçün güzəştə getmək istəmir.

Newspress.az xəbər verir ki, argentinalı hücumçu Bartomeu ilə görüşmək istəyib. Klub prezidenti isə bu təklifi qəbul etməyib.

Rəhbərlik 33 yaşlı oyunçunu yalnız müqavilədə qeyd olunmuş 700 milyon  avroluq təzminatın ödəniləcəyi təqdirdə satacaqlarını bildirib.

Qeyd edək ki. L.Messinin “Barselona” ilə müqaviləsi 2021-ci ilin yayında başa çatır. O, klub rəhbərliyindən narazı olduğu üçün sözləşməyə xitam vermək niyyətindədir.

Messinin müqaviləsində müqaviləni birtərəfli qaydada pozmağa imkan verən bənd var.




Tarix: 2020-08-29 10:50:21 Oxunub: 675 dəfə

SON XƏBƏRLƏR

ƏN ÇOX OXUNANLAR

Sorğu



REKLAMLAR