Lüksemburq hücum edir, Azərbaycan müdafiə olunur - Omar Momani

Məşhur karikaturaçı Omar Momani Azərbaycan millisinin UEFA Millətlər Liqasında Lüksemburq seçməsi ilə keçirəcəyi oyunla bağlı rəsm çəkib.

Newspress.az xəbər verir ki, rəssam Xəzər dənizinin sahilində yerləşən Qız qalasını, onun üzərində isə Azərbaycan bayrağını təsvir edib.

Fotoda millinin baş məşqçisi Canni De Byazi şah, futbolçular isə döyüşçülər kimi təqdim olunublar.

Momaninin fantaziyasına görə, Lüksemburq yığması qalanı almağa gələn düşmənlərdir. Azərbaycan millisinin üzvləri qalanı müdafiə etməyə çalışırlar.

Qeyd edək ki, sentyabrın 5-də keçiriləcək Azərbaycan - Lüksemburq oyunu saat 20:00-da başlayacaq




Tarix: 2020-09-04 09:53:43 Oxunub: 741 dəfə

SON XƏBƏRLƏR

ƏN ÇOX OXUNANLAR

Sorğu



REKLAMLAR