Yeni BMW M3 və M4 modelləri təqdim olunacaq - FOTO

Yeni BMW M3 və M4 modellərinin bu ilin sentyabr ayında debüt ediləcəyini Bavariya markasının idman bölməsinin rəhbəri Markus Flaş hələ yazda söyləmişdi. İndi isə təqdimatın dəqiq tarixi məlum olub - 23 avqust. Artıq bərkgedən sedan və kupenin fərdi təqdimat mərasimləri keçirilir. Belə tədbirlərin birində iştirak etmiş qonaqlardan biri BMW Blog saytına məlumat sızdırıb. O, M3 sedanını karbondan tərtibat elementləri olan Competition təchizat səviyyəsində, Isle Man Green rəngində kuzovu, qara təkər disklərə və opsional lazer fənərələri ilə təqdim ediləcəyini bildirib. Salon tərtibartında da karbondan geniş istifadə ediləcəkdir. Kupeyə gəldikdə isə, insayder onun sarı Sao Paolo Yellow rəngində təqdim olunacağını söyləyib.

Newspress.az xəbər verir ki, eyni zamanda, bu günə bərkgedən modellər dueti barədə bir sıra məlumatlar mövcuddur. Hər iki model altı pilləli mexaniki ötürmələr qutusu və səkkiz pilləli avtomatik transmissiya, arxa və tam ötürmə sistemi ilə təchiz ediləcəkdir. Avtomobillərin təchiz ediləcəyi 3,0-litrlik altısilindrli turbomühərrik standart olaraq 480 at qüvvəsinə, Competition versiyasında isə 510 at qüvvəsinə sahib olacaqdır.

İlkin olaraq satışa 480 at qüvvəli mühərrik, mexaniki tranmissiya və arxa ötürmə ilə təchiz edilmiş BMW M3 və M4 modelləri çıxacaqdırlar. Modellər istehsalına noyabr ayında başlanacaq, gələn ilin əvvəlində isə onlar diler salonlarında debüt edəcəkdirlər. Tam ötürməli Competition versiyasını isə 2021-ilin sonunda satışa çıxarılacaqdırlar. Sonradan M3 və M4 ailəsinin tərkibinə M4 Convertible, M3 Touring universalı, həmçinin CL və CSLindeksinə malik olan daha ekstremal modellər qoşulacaqdırlar. Bundan əlavə, M4 Gran Coupe modelinin buraxılacağı da istisna edilmir.




Tarix: 2020-09-07 09:29:10 Oxunub: 671 dəfə

SON XƏBƏRLƏR

ƏN ÇOX OXUNANLAR

Sorğu



REKLAMLAR