Nazir sosial şəbəkədə vətəndaşlardan üzr istəyib

Türkiyənin daxili işlər naziri Süleyman Soylunun Girəsuna - sel fəlakəti baş vermiş əraziyə getməsi yerli sakinlərin narazılığına səbəb olub. Səbəb isə nazirin gəlişinə görə yolun bağlanması olub. 

Newspress.az xəbər verir ki, yerli sakinlərdən biri sosial şəbəkədə "Biabırçılığa bax. Nazir gəlir deyə, yol iki saat bağlı qalıb" kimi status yazıb. 

Süleyman Soylu həmin statusu cavabsız qoymayıb:

"Üzr istəyirəm. Gəliş-gedişim cəmi yarım saat oldu. Yolda deyildik, axtarma-xilasetmə bölgəsində idik. Verdiyim narahatlığa görə bir daha üzr istəyirəm". 




Tarix: 2020-09-07 11:03:41 Oxunub: 658 dəfə

SON XƏBƏRLƏR

ƏN ÇOX OXUNANLAR

Sorğu



REKLAMLAR