Millimiz Kipr səfərindən 3 xalla dönür - FOTO

Azərbaycan yığması Millətlər Liqasında növbəti oyununu keçirib.

Newspress.az  xəbər verir ki, C liqasının 1-ci qrupunda yer alan millimiz 2-ci turda Kiprin qonağı olub və 1:0 hesabı ilə qalib gəlib.

Turnirin ilk oyununda Bakıda Lüksemburqa uduzan (1:2) Canni de Byazinin komandası səfər matçında ilk qələbəsini qazanıb.

C liqasının digər qarşılaşmasında Lüksemburq evdə Monteneqroya uduzub - 0:1.

Qeyd edək ki, yığmamız növbəti oyununu oktyabrın 10-da səfərdə Monteneqroya qarşı keçirəcək.

8 sentyabr

Millətlər Liqası, 2-ci tur

C liqası 

22:45. Kipr - Azərbaycan - 0:1 
Qol: Maksim Medvedev, 29
Hakimlər: Filip Qlova, Peter Bednar, Frantişek Ferents, Boris Marhefka (hamısı Slovakiya)
Nikosiya. GSP stadionu




Tarix: 2020-09-09 09:11:10 Oxunub: 59 dəfə

SON XƏBƏRLƏR

ƏN ÇOX OXUNANLAR

Səsvermə



REKLAMLAR