"Neftçi" - "Qalatasaray" oyununun yeri dəyişdi

Avropa Liqasının ikinci təsnifat mərhələsinin "Neftçi” – "Qalatasaray” oyununun məkanı dəyişib.

Newspress.az xəbər verir ki, bu haqda "Neftçi"nin rəsmi saytı məlumat yayıb. Oyun əvvəlcə "Bakcell Arena”da keçirilməli idi. Lakin hər iki klubun razılığı ilə matçın Bakı Olimpiya Stadionunda təşkil olunması haqda UEFA-ya müraciət edilib. Avropanın ali futbol qurumu pandemiya dövründə BOS-un geniş infrastruktur imkanlarını nəzərə alaraq oyunun həmin arenada keçirilməsinə razılıq verib.

Qeyd edək ki, sentyabrın 17-də baş tutacaq görüş saat 20:00-da start götürəcək.




Tarix: 2020-09-11 17:26:41 Oxunub: 136 dəfə

SON XƏBƏRLƏR

ƏN ÇOX OXUNANLAR

Səsvermə



REKLAMLAR