YouTube TikToka rəqib olacaq platformanı test edəcək

Son zamanlar populyarlığı ilə gündəmdən düşməyən TikTok, dünyada istifadəçi sayını gündən-günə artırır. Bu səbəbdən digər populyar sosial media şirkətləri TikTok-u böyük bir rəqib olaraq görürlər.

Bildiyimiz kimi, Instagram bu yaxınlarda TikTok-a bənzər Reels xüsusiyyətini əlavə etdi. İndi isə, YouTube oxşar bir addım atmağa hazırlaşır.

YouTube, TikTok-a rəqib olacaq qısa video xüsusiyyətli YouTube Shorts-un beta versiyasını sınaqdan keçirəcəyini açıqladı.

YouTube Shorts-da videolar 15 saniyə ilə məhdudlaşacaq və platforma Çin şirkəti ByteDance-a məxsus TikTok-a oxşar xüsusiyyətlərə sahib olacaq.




Tarix: 2020-09-18 19:03:25 Oxunub: 760 dəfə

SON XƏBƏRLƏR

ƏN ÇOX OXUNANLAR

Sorğu



REKLAMLAR