İsraildən koronavirus səbəbindən 3 həftəlik karantin qərarı

İsraildə koronavirusa yoluxmanın artması səbəbindən alınan 3 həftəlik karantin qərarı tətbiq olunmağa başladı. Dünən saat 14:00-dan etibarən tətbiq olunacaq karantin şərtlərinə görə, vətəndaşların evlərindən 1000 metrdən çox uzaqlqşması qadağan edilib.

Apteklər və marketlər xaricindəki bütün müəssisələr bağlanacaq. Qapalı məkanlarda ən çox 10 nəfər, açıq hava şəraitində isə 20 nəfər, sosial məsafə qaydalarına əməl etmələri şərti ilə bir araya gələ biləcəklər.

Karantin qaydalarına nəzarət etmək üçün 6 min polislə yanaşı 1000 əsgər xidmət göstərəcək.




Tarix: 2020-09-19 19:04:58 Oxunub: 609 dəfə

SON XƏBƏRLƏR

ƏN ÇOX OXUNANLAR

Sorğu



REKLAMLAR