Avropa çempionatına son 4 vəsiqə uğrunda mübarizə

Bu gün Avro-2020-nin pley-off mərhələsinin oyunlarına start veriləcək.

Newspress.az xəbər verir ki, 16 komanda Avropa çempionatına son 4 vəsiqə uğrunda mübarizə aparacaq.

A, B, C və D yolunda hərəsində 2 olmaqla ümumilikdə 8 cütlük yarımfinalda üz-üzə gələcək. Hər qrupun 2 qalibi noyabrın 12-də final mərhələsinə yollanmaq üçün öz aralarında həlledici qarşılaşmaya çıxacaq. Hər iki raund bir oyundan ibarət olacaq.


Qeyd edək ki, koronavirus pandemiyasına görə gələn ilə təxirə salınmış Avro-2020-yə Bakı, Sankt-Peterburq, London, Münhen, Roma, Buxarest, Dublin, Kopenhagen, Bilbao, Qlazqo, Budapeşt və Amsterdam şəhərləri ev sahibliyi etməlidir. Çempionat oyunları 2021-ci il iyunun 11-dən iyulun 11-dək keçiriləcək.

Bakı Olimpiya Stadionu A qrupunun İsveçrə - Uels, Türkiyə - Uels və Türkiyə - İsveçrə qarşılaşmalarına, eləcə də 1/4 final mərhələsinin 1 oyununa ev sahibliyi edəcək.

8 oktyabr

Pley-off, ilk oyunlar

A yolu

22:45. Bolqarıstan - Macarıstan

22:45. İslandiya - Rumıniya

B yolu

22:45. Bosniya və Herseqovina - Şimali İrlandiya

22:45. Slovakiya - İrlandiya

C yolu

22:45. Norveç - Serbiya

22:45. Şotlandiya - İsrail

D yolu

22:45. Gürcüstan - Belarus

22:45. Şimali Makedoniya - Kosovo




Tarix: 2020-10-08 12:06:30 Oxunub: 718 dəfə

SON XƏBƏRLƏR

ƏN ÇOX OXUNANLAR

Sorğu



REKLAMLAR