Koronavirus səbəbindən Avropa çempionatı ləğv olunub

Azərbaycan idmançılarının da qatılacağı qılıncoynatma üzrə Avropa çempionatı ləğv olunub.
 
Newspress.az xəbər verir ki,  Belarusun paytaxtı Minskdə təşkil olunması planlaşdırılan yarışın ləğvinə səbəb koronavirus pandemiyasıdır.
 
Növbəti Avropa çempionatı 2021-ci ildə baş tutacaq. Həmin yarış Bolqarıstanın Plovdiv şəhərində keçiriləcək.
 
Qeyd edək ki, son qitə çempionatı ötən il Almaniyanın Düsseldorf şəhərində təşkil olunub.




Tarix: 2020-10-10 11:52:27 Oxunub: 585 dəfə

SON XƏBƏRLƏR

ƏN ÇOX OXUNANLAR

Sorğu



REKLAMLAR