AVRO - 2020 - nin ev sahibliyi Bakıdan alına bilər

AVRO - 2020 - nin formatı dəyişdirilə bilər.

Newspress.az xəbər verir ki, UEFA koronavirus pandemiyası üzündən yarışa ev sahibliyi edəcək şəhərlərin sayını azaltmaq niyyətindədir.

Hətta yarışın 1 ölkənin 4 stadionunda keçirilməsi variantı da müzakirə edilir. Bu addım pandemiya dövründə komandaların az səfər etməsi məqsədilə atılacaq.

Bildirilib ki, Dağlıq Qarabağda baş verən hadisələrə görə Bakı, həmçinin Sankt-Peterburq siyahıdan çıxarılan ilk şəhərlər olacaq.

Qeyd edək ki, 12 ölkədə keçirilməli olan AVRO-2020 koronavirus səbəbindən 2021-ci ilə təxirə salınıb.




Tarix: 2020-10-16 09:42:58 Oxunub: 645 dəfə

SON XƏBƏRLƏR

ƏN ÇOX OXUNANLAR

Sorğu



REKLAMLAR