Millət vəkili: "Paşinyan göstərdi ki, babalarının nəvəsidi"

“Paşinyan küçədən gəlmiş bir adamdır. Ondan hər hansı bir böyük siyasi gedişlər gözləmək ağılsızlıq olar.”

Bu sözləri Newspress.az-a açıqlamasında millət vəkili Vüqar İskəndərov deyib.

Deputat qeyd edib ki, ilk vaxtlar meydanlarda erməni əhalisinə nağıllar danışdı, vədlər verdi. Əvvəl ki, rejimlərdən yorulan erməni əhalisi Paşinyana inandı və o, çiyinlərdə küçədən hakimiyyətə gəldi. Hakimiyyətinin ilk illəri göstərdi ki, bu insanda bilik, bacarıq, idarəetmə qabiliyyəti yoxdur. Özünü dünyaya demokrat kimi göstərməyə çalışırdı. Amma, onun iç üzü çox qısa vaxt ərzində meydana çıxıdı. Paşinyan göstərdi ki, babalarının nəvəsidi. Bu adam əsil faşist mahiyyətli bir insandı və yalandan özünü hümanist kimi göstərməyin heç bir mənası yoxdur. Bu gün Paşinyanın dünya liderlərinin, dünya ölkələrinin rəhbərlərinin qarşısında söz deməyə haqqı yoxdur. Onun iç üzünü cənab prezident İlham Əliyev beynəxalq forumlarda, tədbirlərdə bütün dünyaya göstərib.

Vüqar iskəndərov qeyd edib ki, qısa vaxt ərzində Azərbaycan ordusu “yenilməz Ermənistan ordusu” barədə yaratdıqları əfsanəni darmadağın etdi. Bu gün Ermənistan əvvəlki hərbi ritorikadan danışa bilmir. Əksinə artıq erməni əhalisi arasında Paşinyan hakimiyyətinə çox böyük etiraz var. Onları sosial şəbəkələrdə etiraf edirlər ki, bu müharibə Ermənistanın sonunu yaxınlaşdırır.

Millət vəkili bildirib ki, hazırda siyasi diktəni Azərbaycan edir. Onun görə də, Ermənistan hakimiyyəti nə qədər gec deyil bunları anlamalı və öz qoşunlarını Qarabağdan çəkməlidir.




Tarix: 2020-10-20 14:28:45 Oxunub: 672 dəfə

SON XƏBƏRLƏR

ƏN ÇOX OXUNANLAR

Sorğu



REKLAMLAR