İran nüvə proqramını davam etdirir - MAQATE-nin şok hesabatı

Beynəlxalq Atom Enerjisi Agentliyi (MAQATE) Tehranın az zənginləşdirilmiş uran ehtiyatının nüvə anlaşmasında göstərilən səviyyədən xeyli üstün olduğunu və uran zənginləşdirmə həddini aşmağa davam etdiyini bildirib.

Newspress.az xəbər verir ki, MAQATE-nin İranın nüvə proqramına dair hesabatında bu ölkənin az zənginləşdirilmiş uran ehtiyatının 2400-dən çox olduğu qeyd edilir.

Hesabatda bildirilir ki, bu səviyyə 25 avqustda 2 min 100 civarında olub.

Qeyd edək ki, İran Birləşmiş Millətlər Təşkilatının (BMT) Təhlükəsizlik Şurasının 5 daimi üzvü (ABŞ, Çin, Rusiya, Fransa, Böyük Britaniya) və Almaniya ilə 2015-ci ildə imzaladığı “Hərtərəfli Birgə Fəaliyyət Planı” adlanan sanksiyaların ləğvi müqabilində nüvə proqramına məhdudiyyətlər qoyub.

Nüvə razılaşmasına əsasən, İranın 3.67 faiz saflığı olan uran zənginləşdirmə həddi var.

İranda aşağı səviyyəli zənginləşdirilmiş uranın miqdarı 300 kiloqramdan çox olmamalıdır.




Tarix: 2020-11-12 12:21:53 Oxunub: 676 dəfə

SON XƏBƏRLƏR

ƏN ÇOX OXUNANLAR

Sorğu



REKLAMLAR