"Nissan Motor" şirkətinin zərəri 3 milyard dolları keçib

Yaponiyanın avtomobil istehsalçısı olan "Nissan Motor" şirkətinin 2019-2020-ci maliyyə ilinin (sentyabrın 30-da bitib) birinci yarısında xalis zərəri 3,1 mlrd. ABŞ dolları təşkil edib.

Newspress.az xəbər verir ki,  bu barədə şirkətin maliyyə hesabatında deyilir. İstehsalçının bir səhm üzrə zərəri hesabat dövründə 0,8 dollara bərabər olub (ötən ilin analoji dövründə bir səhm üzrə mənfəət 0,16 dollar təşkil edib). Satışlardan formalaşan gəlir isə illik müqayisədə 38,2% azalaraq 29,4 mlrd. dollara enib.

Təkcə maliyyə ilinin II rübündə "Nissan"ın xalis zərəri ötənilki 559,5 mln. dollardan 421 mln. dollara enib, bir səhm üzrə zərəri isə 0,1 dollara bərabər olub, halbuki ötən ilin eyni dövründə səhm üzər mənfəət qeydə alınıb – 0,14 dollar. Hesabat rübündə, şirkətin satış gəliri illik müqayisədə 27% azalaraq 18,2 mlrd. dollar təşkil edib.




Tarix: 2020-11-12 16:03:50 Oxunub: 564 dəfə

SON XƏBƏRLƏR

ƏN ÇOX OXUNANLAR

Sorğu



REKLAMLAR