ABŞ koronavirus peyvəndinin qiymətini açıqlayıb
ABŞ-ın “Moderna” şirkətinin rəhbəri Stefan Bansel bildirib ki, koronavirusa qarşı hazırlanan peyvəndin dəyəri bir ədəd üçün 25-37 dollar arasında dəyişəcək.
Newspress.az xəbər verir ki, bu barədə “Welt am Sonntag” nəşri yazıb.
“Bu COVID-19-u ağır keçirən bir xəstə üçün səhiyyə sisteminin çəkdiyi xərci nəzərə aldıqda ədalətli bir rəqəmdir. Bizim üçün əsas maksimal gəlir götürmək deyil”, - deyə S.Bansel bildirib.
Tarix: 2020-11-22 18:09:42 Oxunub: 177 dəfə