FİFA “İlin futbolçusu” mükafatına namizədlərin adlarını açıqlayıb

FİFA-nın təsis etdiyi “İlin futbolçusu” mükafatına namizədlər açıqlanıb.

Newspress.az  xəbər verir ki, siyahıda 11 futbolçu yer alıb.

Bunlar Kriştiano Ronaldo, Tyaqo Alkantara, Kevin de Breyne, Robert Levandovski, Sadio Mane, Lionel Messi, Killian Mbappe, Neymar, Serxio Ramos, Məhəmməd Salah və Vircil van Deykdir.

İlin baş məşqçisi adına namizədlər də bəlli olub. Bu mükafata Marselo Byelsa, Hans-Diter Flik, Yurgen Klopp, Xulen Lopeteqi və Zinəddin Zidan iddia edir.

Qeyd edək ki, mükafatlandırma dekabrın 17-də onlayn formatda keçiriləcək.




Tarix: 2020-11-25 14:43:16 Oxunub: 633 dəfə

SON XƏBƏRLƏR

ƏN ÇOX OXUNANLAR

Sorğu



REKLAMLAR