Messi qol vurdu, Pelenin rekordunu təkrarladı

İspaniya La Liqasının “Barselona” – “Valensiya” qarşılaşması rekordla əlamətdar olub.

Newspress.az xəbər verir ki,  2:2 hesabı ilə başa çatan qarşılaşmada meydan sahiblərinin ilk qoluna imza atan Lionel Messi komandasının heyətində 643-cü qolunu vurub.

Bununla da argentinalı bir klubda vurulan qol sayında futbol kralı Pelenin rekordunu təkrarlayıb. Braziliyalı doğma “Santos”unun heyətində 643 dəfə fərqlənib.

Qeyd edək ki, 45+5-ci dəqiqədə hesabda tarazlıq yaradan Messinin ikinci hissədə mütləq rekord üçün vaxtı olsa da, bundan yararlanmayıb.




Tarix: 2020-12-20 00:55:25 Oxunub: 621 dəfə

SON XƏBƏRLƏR

ƏN ÇOX OXUNANLAR

Sorğu



REKLAMLAR