Lioenel Messi dünya rekorduna imza atıb - Peleni geridə qoyub

“Barselona”nın kapitanı Lioenel Messi daha bir rekorda imza atıb.
Newspress.az xəbər verir ki, 33 yaşlı hücumçunun rekordu La Liqanın 15-ci turunda “Valyadolid”lə səfər matçında qeydə alınıb.
Messi 3:0 hesabı ilə qalib gəldikləri oyunda fərqlənməklə Kataloniya klubundakı qol sayını 644-ə çatdırıb. Bununla da o, bir klubda ən çox qol vuran futbolçu adına yiyələnib.
Argentinalı futbolçu əfsanəvi Peleyə məxsus rekordu yeniləyib. Braziliyalı keçmiş hücumçu ölkəsinin “Santos” klubunda 643 qol vurub.




Tarix: 2020-12-23 11:17:07 Oxunub: 606 dəfə

SON XƏBƏRLƏR

ƏN ÇOX OXUNANLAR

Sorğu



REKLAMLAR