İngiltərə Premyer Liqasında XV tur - "Liverpul" xal itirib

İngiltərə Premyer Liqasında XV tur başa çatıb.

Newspress.az xəbər verir ki, turun 4 oyunu keçirilib.

Çempionatın lideri “Liverpul” gözlənilməz xal itkisi ilə üzləşib. Son çempion autsayderlərdən biri “Vest Bromviç”lə ev matçında büdrəyib. “Vulverhempton”un “Tottenhem”lə görüşündə də eyni hesab qeydə alınıb.

“Vest Hem”lə “Brayton”un görüşündə də heç-heçə qeydə alınıb. Hərəyə 2 qol vuran rəqiblər 1 xalla kifayətlənib. Turnir cədvəlindəki qonşuların duelində “Lids” “Bernli”ni erkən qolla məğlub edib.

Qeyd edək ki, növbəti turun oyunları dekabrın 28-30-da keçiriləcək.

İngiltərə Premyer Liqası
XV tur
27 dekabr
“Lids” – “Bernli” – 1:0

Bemford, 5 (pen.)
“Vest Hem” – “Brayton” – 2:2
Conson, 60, Souçek, 82 – Maupay, 44, Dank, 70
“Liverpul” – “Vest Bromviç” – 1:1
Mane, 12 – Ajayi, 82
“Vulverhempton” – “Tottenhem” – 1:1
Says, 86 - Ndombele, 1




Tarix: 2020-12-28 09:38:17 Oxunub: 526 dəfə

SON XƏBƏRLƏR

ƏN ÇOX OXUNANLAR

Sorğu



REKLAMLAR