Prezident İlham Əliyev 39 il sonra Şuşada - VİDEO

“Burdan Şuşaya yol açılır. Ona görə qəsəbənin bir hissəsi sökülür. Şuşaya yol bu qəsəbənin içi ilə keçir və bir tərəfi sökülür ki, Şuşa şəhərinə geniş yol açılsın. Şuşa şəhərinə yol geniş olmalıdır. Yol da buradan keçdiyi üçün buralar - sağ, sol sökülür”.

Newspress.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Şuşaya səfəri zamanı deyib.

Prezident qeyd edib ki, bu yol heç vaxt olmayıb: “Qəhrəman hərbçilərimiz bu ərazidən keçib. Biz isə cəmi 2 ay ərzində bax, bu yolu açmışıq. Sonra əlbəttə ki, bu yol genişləndiriləcək, asfalt döşənəcək və Azərbaycan vətəndaşları Şuşaya rahat gedəcəklər.

Baxın, gün də çıxdı, günəş də bizi salamlayır. Yolumuzu işıqlandırır. Biz gedirik Şuşaya. Azad edilmiş Şuşaya. Yol tikintisi də aparılır. Əminəm ki, bu, gözəl bir yol olacaq. Ölkəmizin ən gözəl yollarından olacaq. Təbii ki, ən yüksək keyfiyyətlə tikiləcək. Eyni zamanda mənzərəli yoldur, tarixi yoldur, Qələbəyə aparan yoldur. Səma da açıqdır. Günəş yolumuzu işıqlandırır”.

Qeyd edək ki, Birinci xanım Mehriban Əliyeva Şuşa şəhərinə səfərdən paylaşımlar edib.

 




Tarix: 2021-01-15 13:14:32 Oxunub: 584 dəfə

SON XƏBƏRLƏR

ƏN ÇOX OXUNANLAR

Sorğu



REKLAMLAR