İngiltərə Premyer Liqasında 19-cu tur - "Liverpul" məğlub olub

"Liverpul" İngiltərə Premyer Liqasında növbəti matçına çıxıb.

Newspress.az  xəbər verir ki, "mersisaydlılar" 19-cu turda evdə "Bernli" ilə qarşılaşıb. Görüş qonaqların minimal hesablı qələbəsi ilə başa çatıb.

Qarşılaşmada yeganə qolun müəllifi 83-cü dəqiqədə Eşli Barnis olub. O, penaltini dəqiq yerinə yetirib.

Qeyd edək ki, bu nəticədən sonra "Liverpul" turnir cədvəlində 34 xalla 4-cü, "Bernli" isə 19 xalla 16-cıdır. Sıralamaya aktivində 40 xal olan "Mançester Yunayted" liderlik edir.




Tarix: 2021-01-22 12:48:58 Oxunub: 510 dəfə

SON XƏBƏRLƏR

ƏN ÇOX OXUNANLAR

Sorğu



REKLAMLAR