İngiltərə Premyer Liqasında 22-ci tur - "Liverpul"dan gözlənilməz məğlubiyyət

İngiltərə Premyer Liqasında 22-ci turun oyunları davam edir.
 
Newspress.az xəbər verir ki, bu gün daha beş qarşılaşma keçirilib.
 
Son çempion “Liverpul” gözlənilmədən evdə “Brayton”a uduzub. Lider “Mançester Siti” isə “Bernli” ilə səfər oyununda qələbə qazanıb.


3 fevral
 
"Fulhem" – "Lester" - 0:2
Qol: İheanaço, 17. Castin, 44.
 
"Bernli" – "Mançester Siti" - 0:2
Qol: Q.Jezus, 3. Sterlinq, 38.
 
"Lids" – "Everton" - 1:2
Qol: Rafinya, 48 – Siqurdsson, 9. Kalvert, 41.
 
"Aston Villa" – "Vest Hem" - 1:3
Qol: Uotkins, 81 – Souçek, 51. Linqard, 56.
 
"Liverpul" – "Brayton" - 0:1
Qol: Alzate, 56.

Bu nətilərdən sonra "Mançester Siti" xallarını 47-ə çatdıraraq liderliyini möhkəmləndirib. "Mançester Yunayted" 44 xalla 2-ci, "Lester" 42 xalla 3-cü, "Liverpul" 40 xalla 4-cüdür.




Tarix: 2021-02-04 11:23:22 Oxunub: 548 dəfə

SON XƏBƏRLƏR

ƏN ÇOX OXUNANLAR

Sorğu



REKLAMLAR