Ötən il Türkiyə Azərbaycandan 12 milyon kubmetrə yaxın qaz idxal edib

Ötən il Türkiyə Azərbaycandan 11 547,38 mln. kubmetr qaz idxal edib ki, bu da 2019-cu ilin göstəricisi ilə müqayisədə 20,5% çoxdur. Bununla da, ötən il Azərbaycan Türkiyənin ümumi qaz idxalında ikinci yerdə qərarlaşıb.

Newspress.az xəbər verir ki, Türkiyənin Enerji Bazarı Tənzimləmə İdarəsinin (EPDK) məlumatları əsasında apardığı hesablamalarına görə, Türkiyə 2019-cu ildə Azərbaycandan 9 584,75 mln. kubmetr qaz idxal edib.

Məlumata əsasən, bu ilin noyabr ayında da Azərbaycan 1 102,36 mln. kubmetrlə (+18,94%) Türkiyənin qaz idxalında ikinci yer tutub.

Ötən ilin yekunlarına əsasən, Türkiyəyə qaz idxalına görə birinci yeri Rusiya tutub. Hesabat dövründə Rusiyadan Türkiyəyə 16 176,34 mln. kubmetr "mavi yanacaq" ixrac olunub. Noyabrda bu göstərici 2 948,6 mln. kubmetrə bərabər olub.




Tarix: 2021-03-01 11:51:52 Oxunub: 1819 dəfə

SON XƏBƏRLƏR

ƏN ÇOX OXUNANLAR

Sorğu



REKLAMLAR