Saxta koronavirus peyvəndi istehsalı artıb - "İnterpol" açıqlama yayıb

“Interpol” Cənubi Afrika və Çində keçirilən əməliyyatlar zamanı minlərlə yeni koronavirus (COVID-19) peyvəndi növünün ələ keçirildiyini açıqlayıb.

Newspress.az xəbər verir ki, “Interpol”un baş katibi Yurgen Stok bunun “Aysberqin görünən tərəfi” olduğunu deyib.

Bildirilir ki, Cənubi Afrikanın Cermiston şəhərində təxminən 2 400 doza saxta COVID-19 peyvəndi ələ keçirilib. Əməliyyatda üç Çin və bir Zambiya vətəndaşı nəzarətə alınıb.

Eyni zamanda, polis Çində saxta peyvənd istehsal edən bir fabrikdə əməliyyat keçirib: 80 nəfər saxlanılıb ​​və 3 000 saxta peyvənd müsadirə edilib.

“Interpol” bu günə qədər internet üzərindən satış üçün hansısa peyvəndin təsdiqlənmədiyi barədə xəbərdarlıq edib. 




Tarix: 2021-03-04 13:39:22 Oxunub: 2647 dəfə

SON XƏBƏRLƏR

ƏN ÇOX OXUNANLAR

Sorğu



REKLAMLAR