Burak Yılmaz "Lill"ə səfərdə qələbə qazandırıb - VİDEO

Fransa çempionatının 34-cü turunda "Lill" səfərdə "Lion"a 3:2 hesabı ilə qalib gəlib.

Newspress.az  xəbər verir ki, Türkiyə millisinin üzvü Burak Yılmaz qonaqların heyətində dubl edib. Digər qolun ötürməsini də verən hücumçu komandasının qələbəsində böyük pay sahibi olub.  Onun ilk qolu baxımlı alınıb.

"Lion" - "Lill" - 2:3
Qollar: Slimani, 20, Fonte, 35-avtoqol - Yılmaz, 45+1, 85, Conatan, 60

Bu qələbədən sonra Liqa 1-də turnir cədvəlinə 73 xalla "Lill" başçılıq edir. PSJ 72 xalla 2-ci, "Monako" 71 xalla 3-cü, "Lion" 67 xalla 4-cüdür.

 




Tarix: 2021-04-26 11:20:13 Oxunub: 967 dəfə

SON XƏBƏRLƏR

ƏN ÇOX OXUNANLAR

Sorğu



REKLAMLAR