Unayi Emerinin 4-cü Avropa Liqası zəfəri - VİDEO

 Avropa Liqasında final oyunu keçirilib.
Newspress.az xəbər verir ki, həlledici matçda İspaniya "Vilyarreal"ı İngiltərənin "Mançester Yunayted" klubu ilə üz-üzə gəlib. 
Polşanın Qdansk şəhərində keçirilən görüşün əsas vaxtı 1:1 hesabı ilə başa çatıb. Əlavə vaxtda qol olmadığından qalib penaltilər seriyasında müəyyənləşib. Hər iki komandanın heyətində bütün 11 futbolçu penaltini yerinə yetirib. Yalnız "Mançester Yunayted"in qapıçısı David De Xea bu imkandan yararlana bilməyib. Həmkarı Jeronimo Rulli onun zərbəsini dəf edib. Beləliklə, penaltilərdə 11:10 hesabı ilə qalib gələn "Vilyarreal" tarixində ilk dəfə Avroliqanın qalibi olub.

Qeyd edək ki, Unay Emerinin çalışdırdığı "Vilyarreal" "Qarabağ"ın yer aldığı I qrupundan lider kimi pley-off adlamışdı. Komanda turnirdə məğlub olmadan kuboku qazanıb. 

Avropa Liqası, final

26 may 

23:00. "Vilyarreal" (İspaniya) - "Mançester Yunayted" (İngiltərə) - 1:1 (Penaltilər - 11:10)
Qllar: Moreno, 29 (1:0), Kavani, 55 (1:1)
Baş hakim: Kleman Türpen (Fransa)
Polşa, Qdansk stadionu.

 

 

 




Tarix: 2021-05-27 10:52:11 Oxunub: 2067 dəfə

SON XƏBƏRLƏR

ƏN ÇOX OXUNANLAR

Sorğu



REKLAMLAR