Vida matçında göz yaşlarını saxlaya bilmədi - FOTO

"Mançester Siti"nin futbolçusu Serxio Aquero Çempionlar Liqasının finalında "Çelsi"yə uduzduqları oyundan (0:1) sonra göz yaşlarını saxlaya bilməyib.

Newspress.az xəbər verir ki, bu, həm də argentinalı hücumçunun "şəhərlilər"də son matçı olub. Oyunun 77-ci dəqiqəsində meydana çıxan futbolçu komandasını məğlubiyyətdən xilas edə bilməyib.

Xatırladaq ki, 2011-ci ildən "Mançester Siti"də çıxış edən 32 yaşlı futbolçu klubla başa çatan müqaviləsini yeniləməyib. Onun "Barselona"ya keçəcəyi gözlənilir. 




Tarix: 2021-05-30 13:41:42 Oxunub: 1126 dəfə

SON XƏBƏRLƏR

ƏN ÇOX OXUNANLAR

Sorğu



REKLAMLAR