“Qalatasaray” klubu baş məşqçisiz qalıb - Terimin müqaviləsi bitib

“Qalatasaray” klubu baş məşqçisiz qalıb.

Newspress.az xəbər verir ki, Türkiyə təmsilçisinin çalışdırıcısı Fatih Terimlə müqavilə müddəti bu gün başa çatıb.

Türkiyə mətbuatında “cim-bom”da onun dönəminin rəsmən bitdiyi yazılıb. Baş məşqçi məsələsinə isə prezident seçkilərindən sonra aydınlıq gələcək. Fatih Terimin də qatılacağı seçkilərdə qalib gələcək namizədin onunla yollarını davam etdirib-etdirməyəcəyi məlum deyil. Ancaq əksər namizədlər təcrübəli mütəxəssislə yeni sözləşmə imzalamayacağını açıqlayıb.

Qeyd edək ki, “Qalatasaray”da prezident seçkiləri iyunun 19-da keçiriləcək.




Tarix: 2021-06-01 10:21:13 Oxunub: 939 dəfə

SON XƏBƏRLƏR

ƏN ÇOX OXUNANLAR

Sorğu



REKLAMLAR