Milli komandamız bu gün növbəti yoldaşlıq oyununu keçirəcək

Azərbaycan milli komandası bu gün növbəti beynəlxalq yoldaşlıq oyunu keçirəcək.

Newspress.az xəbər verir ki, Canni De Byazinin baş məşqçisi olduğu komanda Belarusla qarşılaşacaq. Minskdəki "Dinamo" stadionunda oynanılacaq matç Bakı vaxtı ilə saat 20:00-da başlayacaq. Yoldaşlıq oyununa azarkeşlər də buraxılacaq.
 
Qeyd edək ki, millimiz bundan əvvəl Türkiyəyə 1:2 hesabı ilə uduzub. Komandamız iyunun 6-da isə Kişinyovda Moldova ilə yoldaşlıq oyunu keçirəcək.

2 iyun

Beynəlxalq yoldaşlıq oyunu

20:00. Belarus - Azərbaycan
Minsk, "Dinamo" stadionu




Tarix: 2021-06-02 10:38:40 Oxunub: 944 dəfə

SON XƏBƏRLƏR

ƏN ÇOX OXUNANLAR

Sorğu



REKLAMLAR