İşğaldan azad olunan Şelli kəndində 30 kq narkotik məhv edilib

Ağdam Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri “Xaşxaş-2021” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində yabanı halda bitmiş narkotik tərkibli bitkilər aşkar edilib.

Newspress.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Bərdə regional qrupundan  verilən məlumata görə, tədbir zamanı rayonun işğaldan azad edilmiş Şelli kəndi ərazisində çəkisi 30 kiloqram olan 142 ədəd çətənə kolunun kökündən çıxarılaraq yandırılması təmin edilib.




Tarix: 2021-06-07 10:28:59 Oxunub: 456 dəfə

SON XƏBƏRLƏR

ƏN ÇOX OXUNANLAR

Sorğu



REKLAMLAR