Putin və Bayden Qarabağ məsələsini də müzakirə edəcəklər

ABŞ və Rusiya prezidentlərinin İsveçrənin Cenevrə şəhərində baş tutacaq görüşündə Qarabağ məsələsi də müzakirə ediləcək.

Newspress.az xəbər verir ki, bu sözləri Rusiya prezidentinin köməkçisi Yuri Uşakov deyib.

Uşakovun sözlərinə görə, Co Bayden və Vladimir Putin eyni zamanda, strateji sabitlik, COVID-19 və kibercinayətkarlıqla mübarizə məsələləri barəsində fikir mübadiləsi aparacaqlar.

Prezidentlər həmçinin Ukrayna, Yaxın Şərq, Suriya, Liviya, Əfqanıstan, İranın nüvə proqramı ətrafında vəziyyətə xüsusi diqqət ayırmağı planlaşdırırlar.




Tarix: 2021-06-15 14:14:11 Oxunub: 1550 dəfə

SON XƏBƏRLƏR

ƏN ÇOX OXUNANLAR

Sorğu



REKLAMLAR