Son 1200 ildir belə istilik müşahidə olunmayıb

ABŞ-ın Kaliforniya ştatında bu həftə istilik 48 dərəcəyə çatdıqdan sonra bölgədə fövqəladə vəziyyət elan edilib.

Newspress.az xəbər verir ki, ABŞ-ın qərb bölgələrində havanın temperaturu gözlənilmədən qalxıb.

Kaliforniya və digər qərb ştatlarındakı bəzi bölgələr bu həftə 48 dərəcə istiliklə rekordlar qırılıb.

Kaliforniya qubernatoru Qavin Nyuson həddindən artıq istilərə görə kondisionerlərdən intensiv səbəbiylə elektrik xətlərindəki yükü azaltmaq üçün fövqəladə vəziyyət elan edildiyini açıqlayıb.

Əhalidən paltaryuyan və qabyuyan maşınlardan istifadə etməmələri və enerjiyə qənaət etmək üçün əllərindən gələni etmələri istənilib.

San-Fransisko üçün də bu xəbərdarlıq edilib və bir neçə nöqtədə soyutma mərkəzlərinin qurulduğu bildirilib.

Son 1200 ildir belə istiliyin müşahidə olunmadığı deyilib.




Tarix: 2021-06-19 16:25:02 Oxunub: 1501 dəfə

SON XƏBƏRLƏR

ƏN ÇOX OXUNANLAR

Sorğu



REKLAMLAR