Ayı turistlərə hücum edib, ölən və xəsarət alanlar var

Rusiyanın Krasnoyarsk bölgəsində yerləşən “Erqaki” Milli Parkında ayı turistlərə hücum edib.

Newspress.az xəbər verir ki, bu barədə Rusiyanın Baş İstintaq İdarəsinin Krasnoyarsk diyarı üzrə Regional İdarəsi məlumat yayıb.

Belə ki, ayının hücumu nəticəsində 16 yaşlı yeniyetmə aldığı xəsarətlərdən yerindəcə ölüb. Daha bir nəfər vəhşi heyvanın hücumu nəticəsində xəsarət alıb.

Ümumilikdə turist qrupu 13 nəfərdən ibarət olub.

Qeyd olunur ki, Baş İstintaq İdarəsi hadisə ilə əlaqədar araşdırmaya başlayıb.

Turistlər Fövqəladə Hallar Nazirliyinin Regional Qərargahının əməkdaşları tərəfindən Milli Parkın ərazisindən çıxarılıb.




Tarix: 2021-06-23 09:41:30 Oxunub: 1527 dəfə

SON XƏBƏRLƏR

ƏN ÇOX OXUNANLAR

Sorğu



REKLAMLAR